Bakıda 47 yaşlı kişini avtomobil vurub öldürdü

23:12 - 4 Oktyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Naxçıvan Muxtar Respublikası vətəndaşı, 1981-ci il təvəllüdlü Talıbov Məmməd Məhəmmədəli oğlu idarə etdiyi "Baic" markalı 90 PC 299 dövlət nömrə nişanlı avtomobillə Təbriz küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1972-ci il təvəllüdlü Qasprinski Renad Süleymanoviçi vurub.
Piyada yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb./trend

Xəbər xətti