Rusiyada teatrda yanğın - 400 nəfər təxliyə olundu

20:25 - 4 Oktyabr 2019 - DÜNYA

Rusiyanın Şimali Osetiya Respublikasında opera və balet teatrında yanğın baş verib.

Hadisə ilə əlaqədar teatrdan 400 nəfər təxliyə olunub.
Yanğın binanın çardağına başlayıb. Məlumatlara əsasən, hadisə qısaqapanma nəticəsində baş verib.
Yanğın zamanı teatrda tamaşanın məşqləri gedirmiş. Hadisə nəticəsində xəsarət alan olmayıb./trend

 

Xəbər xətti