Beyləqanda iki avtomobil toqquşub

19:51 - 4 Oktyabr 2019 - HADİSƏ

Beyləqanda yol qəzası olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Beyləqan rayonunun ərazisində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./trend

 

Xəbər xətti