Binəqədidə 2 otaqlı ev yanıb

17:08 - 4 Oktyabr 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend 

Xəbər xətti