Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi

15:52 - 4 Oktyabr 2019 - HADİSƏ

Bakıda səfirlik əməkdaşı qəza törədib.

Hadisə paytaxtın Yasamal rayonu Tbilisi prospekti 1 saylı ünvanın qarşısında baş verib.
Rusiya vətəndaşı, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı 1991-ci il təvəllüdlü Vuyan Aleksandr Aleksandroviç idarə etdiyi, səfirliyə məxsus "Nİssan Primera" markalı AZ 004 D 032 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat Rüstəm oğlunun idarə etdiyi "Saipa" markalı 50 DK 326 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti