Bakıda sürücü avtomobili elektrik dirəyinə çırpdı və həyatını itirdi

13:42 - 4 Oktyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 3-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində, qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb./report

Xəbər xətti