Bu gün "Qarabağ" "Düdelanj"la qarşılaşır

10:00 - 3 Oktyabr 2019 - İDMAN

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.
“Qarabağ”ı ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udan bu rəqiblə asan oyun gözləmir. Ancaq birinci turda Bakıda "Sevilya"ya uduzan (0:3) Qurban Qurbanovun komandası qrupda ilk xalını və ya xallarını qazanmağa çalışacaq.

Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edəcək.

3 oktyabr
A qrupu

 
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
 
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr)

Xəbər xətti