ABŞ-da bombardmançı təyyarə qəzaya uğrayıb

09:45 - 3 Oktyabr 2019 - DÜNYA

ABŞ-da İkinci Dünya Müharibəsi B-17 bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə "WTIC-TV" telekanalı bildirib. Qeyd edək ki, öncə iki nəfərin həlak olması barədə məlumat verilmişdi. Bildirilir ki, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Xatırladaq ki, İkinci Dünya Müharibəsi B-17 bombardmançı təyyarə okyabrın 2-si Konnektikut ştatının Bredley beynəlxalq hava limanında qəzaya uğrayıb.

Xəbər xətti