Sürücülər yollarda nişanların çoxluğundan şikayətlənir - VİDEO

Sürücülər əksər yollarda dayanma və durmanı qadağan edən nişanların çoxluğundan şikayətlənirlər. Son vaxtlar sosial şəbəkələrdə bu kimi problemlər tez-tez paylaşılır. Bakı Nəqliyyat Agentliyiqaydanı pozan sürücülər barəsində cərimə tətbiq edir. Xüsusəndə taksi sürücüləri iddia edirlər ki, həmin nişan olan ərazidəaz müddətə dayanıb sərnişin düşürərkən belə dərhal cərimə olunurlar. Ucnoqta.az xezerxeber.az-a istinadən xəbər verir ki, məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib.

Sürücülər paytaxt küçələrinin bir çox ərazilərində dayanma və durmanı qadağan edən nişanların çoxluğundan şikayyətçidirlər. Bununla yanaşı,son vaxtlar sosial şəbəklərdə də bu kimi şikayyətlərə tez-tez rast gəlinir.

Xüsusəndə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri bir yerdən götürüb digər bir ünvanda düşürən zaman onlar barəsində 20 manat miqdarında cərimə yazıldığını deyirlər.Bir sözlə sürücülər yollara qurşadırılan bu nişanın çoxluğundan gileylənirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə,qanunvericilikdə elə bir tələb yoxdur ki,hər bir yerdə parklanma üçün şərait yaradılmalıdır. Qurum rəsmisi bildirdi ki, Agentliyinə bu sahədə səlahiyyət verilənə qədər də paytaxt küçələrində dayanma və durmanı qadağan edən nişanlar mövcud olub.

Məsələn paytaxtın mərkəzi küçələrindən olanRəşid Behudov və Bülbül prospektində dayanma və durmanı qadağan edən nişanlarda da dəyişikliklər edilib.Mais Ağayev bu tədbirlərin bundan sonrada davam etdiriləcəyini bildirdi.

Mais Agayevin sözlərinə görə əgər sürücülər onlar barəsində tərtib edilən protokoldan narazıdırsa bu barədə Agentliyə müraciət edə bilərlər.

 

Tarix
2 Oktyabr 2019 [20:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-02 20:33:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin