Ana səhifə
15 Noyabr 2018

Azərbaycan-Ukrayna elmi əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin Milli Elmlər Akademiyasının prezidenti, Beynəlxalq Elmlər Assosiasiyasının prezidenti, akademik Boris Patonla görüşüb.
Ucnoqta.az AzərTAc-a istinadla xəbər verir ki, E.Mədətli B.Patonu gələn ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı Bakıda keçiriləcək tədbirə dəvət edib.
B.Paton öz növbəsində tədbirdə məmnuniyyətlə iştirak edəcəyini bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsi münasibətlərindən danışıb, Ulu Öndərin elmin inkişafı istiqamətində göstərdiyi xidmətləri xüsusi qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik qabiliyyətinə malik olduğunu vurğulayan Ukrayna Milli Elmlər Akademiyasının prezidenti dövlətimizin başçısının Ulu Öndərin siyasətini davam etdirərək elmin inkişafına yüksək diqqət və qayğı göstərdiyini bildirib.
B.Paton Azərbaycan elminin böyük tarixi olduğunu və bəşəriyyətə tanınmış simalar bəxş etdiyini söyləyib. O, hər iki ölkənin Elmlər akademiyaları arasında 1996-cı ildə imzalanmış müqaviləyə əsasən riyaziyyat, kimya, fizika, biologiya, humanitar, texnoloji elmlər sahələrində əməkdaşlığın həyata keçirildiyini deyib. Ukraynalı akademik Azərbaycan elminin neft sənayesinin inkişafına mühüm töhfə verdiyini, Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan neftinin önəmli rol oynadığını vurğulayıb.
Görüşdə B.Patona səfirlik tərəfindən Ukrayna dilində nəşr edilmiş kitabların nüsxələri hədiyyə olunub.

Tarix
11 Oktyabr 2014 [19:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin