Yasamalda ağaca çıxan şəxs düşə bilmədi- FHN-i çağırdılar

10:17 - 2 Oktyabr 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin ağaca çıxaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı ağacdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti