“Qarabağ” Lüksemburqa yola düşdü - VİDEO

21:25 - 1 Oktyabr 2019 - İDMAN

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” sözügedən ölkəyə yola düşüb.

 Ağdam klubu bir neçə dəqiqə öncə səfərə çıxıb. Sabah Qurban Qurbanovun çalışdırdığı kollektiv oyunun keçiriləcəyi arenada sonuncu məşqə çıxacaq.

Oktyabrın 3-də “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” - “Qarabağ” oyununa saat 23:00-da start veriləcək.

matc.az

Xəbər xətti