Qurban Qurbanov avrokuboklarda yubiley oyununa çıxır

17:40 - 1 Oktyabr 2019 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"a (Lüksemburq) qarşı keçiriləcək matç əlamətdar olacaq.

Klubun rəsmi "Feysbuk" səhifəsində verilən məlumata görə, bu görüşlə 47 yaşlı mütəxəxsis 100-cü avrokubok oyununa çıxacaq.

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" görüşü oktyabrın 3-cü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər xətti