Polis saatlarla labirintdə şübhəlini axtardı

17:06 - 1 Oktyabr 2019 - DÜNYA

ABŞ-ın Kaliforniya ştatındakı Petaluma şəhərində polis əməkdaşları şübhəlinin qaçdığı qarğıdalı labirintini iki saat axtarıblar.

29 yaşlı Rayan Kennet Uest (Rayan Kenneth Watt) köhnə sevgilisini təqib etməkdə günahlandırıldığına görə qıza yaxınlaşması qadağan olunub. Lakin Uest bu qadağanı pozmağa çalışıb.
Polis ona yaxınlaşdıqda yolu keçərək qarğıdalı labirintində itib. Üç metrlik qarğıdalı sahəsində qurulmuş yol şəbəkəsi 16 min kvadratmetr sahəni əhatə edir.

Polis əməkdaşları sahəni bağlayıb helikopter çağırıblar. Daha sonra üç nəfərdən ibarət qrupa bölünərək iki tərəfdən labirintə daxil olublar. Əməliyyat iştirakçılarından biri “Merkuri News”a açıqlamasında “Biz mütəmadi olaraq irəliləyirik. Bütün labirinti gəzdik, amma onu tapmadıq” deyib.

İki saat sonra yanacağı bitmək üzrə olan helikopter şübhəlinin axtarışını dayandırmağa qərar verib. Labirintdən çıxan polislərdən birinin gözü yaxınlıqdakı toyuq hininə sataşıb və orada şübhəli şəxsi yaxalayıblar. /oxu.az

 

Xəbər xətti