Türkiyə prezidenti: "Azərbaycandan Qazaxıstanadək coğrafiyada baş verənlər bizi maraqlandırır"

17:00 - 1 Oktyabr 2019 - Xəbər

"Azərbaycandan Qazaxıstanadək coğrafiyada baş verənlər bizi maraqlandırır".

Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış 3-cü qanunverici ilin açılşı mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yeni şəraitə uyğun hərəkət etməkdə qərarlıdır: "Coğrafiyaları çəkən millətimizin insanlığa və dünyaya söyləyəcəyi söz bitməyib. Türkiyə bu gün artıq sadəcə bir ölkənin adı deyil, öz sərhədlərini aşan bir ümidin, insanlıq davasının adıdır”.

R.T.Ərdoğan Suriyada təhlükəsiz bölgənin yaradılması, suriyalı qaçqınların həmin ərazidə yerləşməsi və “S-400” zenit-raket kompleksi ilə bağlı Türkiyənin mövqeyini də açıqlayıb. /report

 

Xəbər xətti