Samuxda qaz balonu partladı: qadın şoka düşdü

16:19 - 1 Oktyabr 2019 - HADİSƏ

Samuxda qaz balonu partlayıb.

Hadisə rayonun Salahlı kəndində, 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğluna məxsus yaşayış evində qeydə alınıb.
Kənd sakini Ş.Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib.

Nəticədə, Ş.Abbasov və qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə  xəstəxanaya yerləşdirilib. Ş.Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti