Qadın həbsdəki əri üçün saçlarında narkotik gətirdi - Foto

11:58 - 1 Oktyabr 2019 - HADİSƏ

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Bununla bağlı Penitensiar Xidmət məlumat yayıb.

Həbsdə olan Əliyev Loğman Ağalar oğlu ilə qısamüddətli görüşə gələn arvadı İmişli rayon sakini Əliyeva Nərminə Bəhmən qızının sovqata və üzərinə baxış keçirilən zaman saçına bağladığı qara rəngli parçanın içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə 1.875 qram narkotik maddə - heroin aşkar edilib.

Digər fakt üzrə, həbsdə olan Əsədov Ceyhun Nəriman oğlu ilə qısamüddətli görüşə gələn qardaşı Bakı şəhər sakini Əsədzadə Əmiş Nəriman oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş bir ədəd bükülüdə 0.389 qram narkotik maddə - marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti