Dünya bazarında palladiumun 1 unsiyasının qiyməti ilin əvvəlindən 37%, son 1 ayda isə 10%-dən çox artaraq ilk dəfə 1 700 ABŞ dollarına çatıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, dünyada istehlak edilən palladiumun yarısından çoxu avtomobil mühərriklərindəki zərərli qazları (karbohidrogenlər, karbonmonoksit və azot dioksidi) az zərərli maddələrə (azot, karbon qazı və su buxarı) çevirən qurğuların hazırlanmasına sərf olunur. Bundan başqa, palladium elektronik avadanlıqların istehsalından, tibbdə, o cümlədən, stomatologiyada, kimya sənayesində, yeraltı suların təmizlənməsi və zərgərlikdə istifadə olunur.