Xətaidə yolu keçən piyadanın maşın vurub öldürdü

21:41 - 30 Sentyabr 2019 - HADİSƏ

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini C.Atabalayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Tünzalə Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti