Ana səhifə
22 Sentyabr 2018

“Kişilər çılpaq foto paylaşırlar”

Əməkdar artist Naibə Allahverdiyeva açıq-saçıq geyinənlərdən bəhs edib.

 

 

Ucnoqta.az” xəbər verir ki, Axşam.az-ın məlumatına görə, “İncə maraqlar” verilişində qonaq olan aktrisa yarıçılpaq şəkillərini paylaşan kişiləri qınayıb:

 

“Bir qadın sinəsi açıq şəkil qoyan kimi hamı onu qınayır. Düzdür, mən də çimərlik geyimində foto paylaşanlara yaxşı baxmıram. Belə deyəndə başlayırlar ki, heç özün çimərliyə getmirsən? Çimərlik başqadır, “Facebook” başqa. Amma niyə sinəsini açıb qoyan oğlanlara irad bildirmirlər? Kişilər də çılpaq fotolar paylaşırlar. Özü də qadınlardan çox. Mən də buna pis baxıram. Yeri gələndə bizim kişilər başına papaq qoymalıdır”.

 

Qızından da danışan aktrisa ona qısa geyinməyə icazə vermədiyini deyib:

 

“Qızımın geyiminə çox qarışıram,qısa qoymuram. O özü də qısa geyinməyi sevmir. Məktəbi bitirəndə Son zəng günü ona paltar seçdim, bir az gödək idi. Amma qızım geyinmədi, dedi utanıram. Universitetə gedir, gəlib deyir ki, “Ana, məktəbdə qız var, necə gödək geyinir”. Universitetə gedən qız niyə qısa, hündürdaban geyinməlidir? Bu cür geyimdə qızlar ziyafətə, gecə şənliklərinə gedirlər. Küçədə qızlar siqaret çəkir, öpüşür. İnsan geyiminə də, davranışına da fikir verməlidir”.

Tarix
11 Oktyabr 2014 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin