Azərbaycan millisinin üzvü Almaniyada iki qol vurdu

22:14 - 29 Sentyabr 2019 - İDMAN

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Aue təmsilçisi 8-ci turda evdə Drezden “Dinamo”su ilə qarşıaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov matçda dubl edib. O, 27 (penalti) və 39-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. 79 dəqiqə meydanda olan millimizin yarımmüdafiəçisi 54-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Ersgebirge” hazırda 14 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti