Bakıda “KamAZ” avtomobilə çırpılıb -Foto

21:55 - 29 Sentyabr 2019 - HADİSƏ

Paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 10 KU 408 dövlət qeydiyyatı nişanlı “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən qəfildən əyləci basıb.

Nəticədə arxadan gələn 90 UF 220 dövlət qeydiyyatı nişanlı “KamAZ” markalı yük maşını sürəti nizamlaya bilmədiyi üçün “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da “VAZ-2107” markalı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. /report


Xəbər xətti