Ağstafada kürəkən qayınatasını baltaladı

21:49 - 29 Sentyabr 2019 - HADİSƏ

Ağstafada 57 yaşlı kişi başından baltalanıb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində baş verir. Kənd sakini, 1962-ci il təvəllüdlü Aydın Mehdiyev başından aldığı balta yarası ilə xəstəxanaya aparılıb.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yaxınlarının bildirdiyinə görə, hadisə mübahisə zəminində kürəkəni tərəfindən törədilib.

Xəbər xətti