Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb

20:17 - 29 Sentyabr 2019 - DÜNYA

Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Danka Tsapakova bildirib. D.Tsapakovanın sözlərinə görə, MiG-29 təlim uçuşları şənbə günü axşam Nitrianskiy diyarındakı Zlate Moravetse şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən müvəqqəti olaraq dayandırılıb:

"Bu qərar [milli] hava məkanının təhlükəsizliyinə mənfi təsir göstərməyəcəkdir".
Qəzaya uğramış pilot MiG-29 katapult edib. Pilot xəstəxanaya yerləşdirilib.

Xəbər xətti