Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 36 ölü, 36 yaralı - FOTO

09:35 - 29 Sentyabr 2019 - HADİSƏ

Çində sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident ötən gün səhər saatlarında Çzyansu əyalətinin İsin şəhərində qeydə alınıb.

Məlumata görə, 69 sərnişinin olduğu avtobus əks yol çıxaraq yük maşını ilə toqquşub. Nəticədə 36 nəfər ölüb, daha 36 nəfər isə xəsarət alıb. Onlardan doqquzunun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəyə avtobusun təkərinin partlaması səbəb olduğu bildirilir.

 

Namiq Musayev

Xəbər xətti