Şəki sakini Qaxda göldə boğulub

00:27 - 29 Sentyabr 2019 - HADİSƏ

Bu gün axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində sünü göldə kişi meyiti tapılıb.  APA-nın məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub. Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti