Bakıda “KamAz” piyada keçidində qadını vurub öldürdü

22:08 - 28 Sentyabr 2019 - HADİSƏ

Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Hadisə Binəqədi şossesində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb./Apa

Xəbər xətti