“Beqoviç “Qarabağ”a keçməklə doğru addım atdı”

18:03 - 28 Sentyabr 2019 - İDMAN

Bosniya mətbuatı “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin yeni klubundakı uğurlu çıxışı barədə yazı dərc edib. Qol.az-ın xəbərinə görə, sportsport.ba saytı yazıb ki, Beqoviç yay transfer pəncərəsində İngiltərənin “Bornmut” klubundan “Qarabağ”a keçməklə doğru qərar verib. “Bizim təcrübəli qapıçımız yeni komandasına uyğunlaşa və onlara uğur gətirə bilib”. Qeyd edilib ki, Beqoviç yavaş-yavaş bir neçə il əvvəlki yaxşı formasına qayıdır: “O, yeni komandasında bir neçə əla oyun keçirib”. Yazıda Azərbaycan Premyer Liqasının dünən keçirilən “Qarabağ” – “Sumqayıt” matçında (2:0) da Beqoviçin qapısını toxunulmaz saxladığı bildirilib.

Xəbər xətti