Azərbaycan millisi FİFA-nın reytinqində 1 pillə irəliləyib

15:16 - 28 Sentyabr 2019 - İDMAN

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Cədvəldə dünyanın 161 yığması yer alıb. Azərbaycan milli komandası budəfəki siyahıda 75-ci yerdə qərarlaşıb. Aktivində 1345 xal olan yığmamız iyulda açıqlanan FİFA reytinqi ilə müqayisədə, 1 pillə irəliləyib. Buna Qazaxıstanın 3 pillə geriləməsi səbəb olub.

Siyahıya 2180 xalla ABŞ başçılıq edir. Almaniya ikinci (2064), Hollandiya (2036) üçüncü yerdədir./trend

Xəbər xətti