Biləsuvarda yeni yaşayış massivinə qaz verilib- Foto

Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivinə sentyabrın 28-də mavi yanacaq verilib.

Bu münasibətlə kənddə keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən SOCAR prezidenti R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Biləsuvar rayonunun Xırmandalı kəndinin genişlənən hissəsində 286 evə mavi yanacaq verilib. Ümumilikdə 286 yeni sayğac quraşdırılıb. Daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün yerüstü 23 540 metr böyük diametrli polad boru, eləcə də 7037 metr balaca diametrli polad borulardan istifadə edilib.

Tarix
28 Sentyabr 2019 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-28 14:20:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin