Ana səhifə
13 Noyabr 2018

Yük maşını “Mercedes”in üstünə aşdı- Lənkəranda+FOTOLAR

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
 

 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Ələt istiqamətində hərəkət edən Sabirabad rayon sakini, 58 yaşlı Qulamhüseyn Nuriyevin idarə etdiyi “Hova” markalı, 90 JV 103 dövlət nömrə nişanlı içi dolu yük maşını yaranmış nasazlıq səbəbindən  idarəetməni itirərək yolun soluna çıxıb və kənarda dayanmış “Mercedes” markalı, 15 BN 949 dövlət nömrə nişanlı minik avtomobilinin üstünə aşıb. Hadisə vaxtı “Mercedes”in sürücüsü, Cəlilabad rayon sakini, 36 yaşlı  Niyaməddin Əliyev maşında olsa da, xoşbəxtlikdən xəsarət almayıb.

Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib, “Mercedes” isə yarasız vəziyyətə düşüb. Həmçinin yolun kənarındakı elektrik dirəyi aşıb və naqilləri qırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Tarix
11 Oktyabr 2014 [17:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin