Elmar Məmmədyarov BMT-nin Baş Katibi ilə görüşüb- Foto

Xarici İşlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibi Antonio Quterreş ilə görüşüb.

XİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Baş Katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir Elmar Məmmədyarov səmimi qəbula görə Baş Katibə minnətdarlığını bildirdi. O, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək, Baş Katibi bu tədbirdə iştirak etməyə dəvət edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ən son görüş barədə Baş Katibə ətraflı məlumat verib.

Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan Nazir, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd etdi və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi apardılar.
Görüşün sonunda nazir Elmar Məmmədyarov BMT-nin Fəxri Qonaqlar Kitabını imzalayıb.

Tarix
27 Sentyabr 2019 [20:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-27 20:55:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin