Bakıda qırmızı işıqda keçən "Prado" dəhşətli qəzaya səbəb oldu — VİDEO

13:22 - 27 Sentyabr 2019 - HADİSƏ

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. 

Ucnoqta.az xəbər verir ki, işıqforun qadağanedici işığında keçən "Toyota Prado" markalı avtomobilin sürücüsü yolayrıcında digər maşınla toqquşur. Zərbənin gücündən idarəetməni itirən avtomobil işıqfor dirəyinə çırpılaraq onu aşırır. Ardınca isə özü çevrilir.

Qəzaya səbəb yenə son anda "keçərəm" düşünərək hərəkət edən sürücünün tələsməsidir. Artıq etni yerdə son bir ayda ikinci analoji qəza qeydə alınıb. Videonu təqdim edirik:

Xəbər xətti