Gəncədə İmamzadə ziyarətgahından oğurluq olub

12:58 - 27 Sentyabr 2019 - HADİSƏ

Gəncədə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti