Bakıda ofisdən mebel oğurlanıb

08:06 - 27 Sentyabr 2019 - HADİSƏ

Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yerləşən Mövlan Hacıyevə məxsus ofisdən naməlum şəxslər dəyəri 15 000 manat olan mebel oğurlayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti