Gədəbəydə avtomobil qəzası baş verib, xəsarət alanlar var

23:23 - 26 Sentyabr 2019 - HADİSƏ

Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Zəhmət kəndində olub. Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri, 1982-ci il təvəllüdlü Əfşan Qəhrəmanovun xəsarəti ağır olduğundan o, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Digər iki yaralının vəziyyəti isə qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti