Qadın bankaların üzərinə yıxıldı, qarnı deşildi

18:33 - 26 Sentyabr 2019 - HADİSƏ

Samuxda qadın şüşə bankalarının üzərinə yıxılıb. 

"Qafqazinfo"nun verdiyi məlumata görə rayonun Qarayeri kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynova Elnarə qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyata götürülüb. Yaxınları bildirib ki, qadın ehtiyatsızlıq nəticəsində qış üçün tərəvəz konservləşdirmək üçün yığdığı şüşə bankaların üzərinə yıxılıb və şüşə qırıqları onun qarnını deşib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti