İlin futbolçusu ilə bağlı daha bir QALMAQAL – “Messiyə səs verməmişəm”

14:24 - 26 Sentyabr 2019 - İDMAN

Nikaraqua millisinin kapitanı Xuan Barreradan sonra Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç də FİFA-nın The Best 2019 sorğusunu şübhə altına alıb.

Qol.az xarici KİV-lərə istinadla yazır ki, xorvatiyalı mütəxəssis sorğuda birinci yeri tutmuş Lionel Messiyə səs vermədiyini bildirib. O, FİFA-ya göndərdiyi məktubun şəklini də paylaşıb. Burada görünür ki, Zdravko Luqaroşiç səsini Məhəmməd Salah, Sadio Mane və Virdcil van Deykə verib. FİFA-nın açıqladığı sorğunun nəticələrində isə Sudan millisinin məşqçisinin səsini müvafiq ardıcıllıqla Lionel Messi, Virdcil van Deyk və Sadio Maneyə verdiyi əks olunub.

Məsələ ilə bağlı hələlik FİFA mövqeyini açıqlamayıb.
Xatırıadaq ki, daha öncə Nikaraqua millisinin kapitanı Xuan Barrera səsvermədə iştirak etmədiyi halda FİFA-nın onun adından Messiyə səs yazdığını iddia edib


Xəbər xətti