"Qarabağ"a qarşı çox diqqətli olmalıyıq" - Tibo Leskua

17:00 - 26 Sentyabr 2019 - İDMAN

"Məşqçi  Mehdi Kirxin yerinə daxil olaraq, təzə qan gətirməyimi istədi, mən də bu işi gördüm. 82-ci dəqiqədə bərabərlik qolunu vurduq və sonradan hesabı 4:3 xeyrimizə dəyişdik və vəziyyəti ələ aldıq. Həqiqətən bu, dəlilik idi. Həyəcan keçirdik. İlk dəfədi ki, bir mövsüm ərzində avrokubokda bu qədər çox çıxış edirəm. Klub üçün tarixi qələb idi və  daha yaxşısını xəyal edə bilməzdim".

Qol.az-ın "dhnet.be"yə istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın futbolçusu Tibo Leskua Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda APOEL-ə qalib gəldikləri oyun (4:3) barədə danışarkən deyib.

O, növbəti turda qarşılaşacaqları "Qarabağ"la matç haqda da danışıb. "APOEL-lə oyunda tirəcək heç nəyimiz yox idi. Geridönüş etmək çətin idi. "Sevilya"ya nisbətən daha az tanınmasına baxmayaraq, "Qarabağ"a qarşı  çox diqqətli olmalıyıq".

Qeyd edək ki, "Düdelanj" qrupda növbəti oyununu oktyabrın 3-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.

Xəbər xətti