Lavrov: “ABŞ-ı sürpriz gözləyir”

14:05 - 26 Sentyabr 2019 - DÜNYA

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın BMT-də iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməməsinə münasibət bildirib. 

APA-nın xəbərinə görə, S. Lavrov bildirib ki, Moskva ABŞ-ın bu addımına cavab verəcək. “Cavab olacaq. Tədbirlər hazırlayırıq. Bizi sürpriz etmək imkanından məhrum etməyin”, - deyə S. Lavrov vurğulayıb. 

Qeyd edək ki, ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verməkdən imtina edib.

Xəbər xətti