Goranboyda 16 yaşlı qızı qaçıran sürücü saxlanıldı

13:54 - 24 Sentyabr 2019 - Xəbər

Goranboyda 16 yaşlı qızı qaçıran sürücü və avtomobil saxlanılıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 17-də 16 yaşlı qızın qaçırılmasında istifadə olunan “Mercedes” markalı avtomobil və sürücü İlqar Bayramov saxlanılıb.

Hazırda 16 yaşlı qızı qaçıran şəxsin saxlanılması istiqamətində araşdırma aparılır./qafqazinfo

Xəbər xətti