“Beşiktaş”ın prezidenti istefa verib

13:52 - 24 Sentyabr 2019 - İDMAN

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman istefa verdiyini açıqlayıb. 

Bunu mətbuata 52 yaşlı funksionerin özü bildirib. O bildirib ki, 2012-ci ildən başçılıq etdiyi “Beşiktaş”dakı fəaliyyətini başa vurub. F. Orman bunu komandada yenə qana ehtiyac olması ilə əlaqələndirib.

Bununla bağlı sabah komandada fövqəladə iclas keçiriləcək. /Apa

Xəbər xətti