Messi komanda yoldaşlarını danlayıb

10:32 - 24 Sentyabr 2019 - İDMAN

İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə “Qranada”ya 0:2 hesabı ilə uduzduqları matça görə oyunçulardan narazı qalıb.
Qeyd edilir ki, Messi paltardəyişmə otağında “Barselona”nın futbolçularını sərt şəkildə tənqid edib.

Xatırladaq ki, zədəli olduğu üçün mövsümün əvvəlindəki görüşlərdə iştirak etməyən L.Messi “Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub./trend

Xəbər xətti