Elmar Məmmədyarov Niderlandın xarici işlər naziri ilə görüşüb

20:01 - 23 Sentyabr 2019 - SİYASƏT

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Niderlandın xarici işlər naziri Stef Blok ilə görüşüb.

XİN- dən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar. E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər xətti