Ağstafada mikroavtobusla minik avtomobili toqquşdu -Yaralanan var

00:16 - 23 Sentyabr 2019 - HADİSƏ

 Bakı-Qazax magistral yolunda yol qəzası baş verib.  Oxu.Az xəbər verir ki, hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  Hərəkətdə olan “Mercedes Vito” ilə “VAZ 2106” markalı avtomoiblin toqquşması nəticəsində bir nəfər sərnişin - 50 yaşlı Surayə Kərimova xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti