Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Yeni Həyat kəndində bir nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Tarix
22 Sentyabr 2019 [14:11]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin