Mahir Emrelnin evini qarət edənlər açıqlama veriblər - VİDEO

Azərbaycan millisinin və ''Qarabağ'' futbol komandasının hücumçusu Mahir Emrelnin evini qarət edən şəxslər saxlanılıb.

Aralarında qadın da olan həmin şəxslər evə necə girmələri barədə danışıblar.
Qeyd edək ki, futbolçu sentyabrn 10-da Binəqədi rayon Polis İdarəsinə məlumat vermişdi ki, naməlum şəxslər onun evindən 17 min manat, 20 min dollar, 3 ədəd mobil telefon və 5 min manat qızıl əşyaları oğurlayıblar.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax sakinləri, əvəllər məhkum edilmiş Nicat Vəliyev, Anar Mahmudov və bu qrupun üzvü Mənzurə Məmmədova saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən cinayəti törətməklə bərabər paytaxtın digər ərazilərində də fərdi evlərdən oğurluq etdiklərini bildiriblər.

Faktla bağlı onlar barəsində rayon cinayət işi başlanılıb./xezerxeber

Tarix
21 Sentyabr 2019 [22:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-21 22:11:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin