Güləşçilərimiz dünya çempionatının FİNALINDA

15:53 - 21 Sentyabr 2019 - İDMAN

Güləşçilərimiz Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Cəbrayıl Həsənov və Şərif Şərifov növbəti qələbələrini qazanmaqla, finala yüksəliblər.
79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub. Görüş güləşçimizin qələbəsi ilə yekunlaşıb - 4:3. Sentyabrın 22-də keçiriləcək həlledici qarşılaşmada onun rəqibi Kayl Deyk olacaq.
Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov isə yarımfinalda Kayl Snayderlə (ABŞ) güləşib. Tokio-2020-yə lisenziyanı təmin edən idmançı rəqibini 5:2 hesabı ilə məğlub edib.
O, qızıl medal üçün sentyabrın 22-də Olimpiya, üçqat dünya və üçqat Avropa çempionu Abdulrəşid Sadulayevlə (Rusiya) görüşəcək./trend

 

Xəbər xətti