Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar

09:55 - 21 Sentyabr 2019 - HADİSƏ

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə “DOS-84” adlanan yaşayış ərazisində qeydə alınıb. İki qardaş - Rövşən və Röyal Cəfərovlar naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb, onların atası Məhərrəm Cəfərov isə döyülüb.

Yaralılar 1 saylı Şəhər və 3 saylı Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma gedir./oxu.az

Xəbər xətti