Ana səhifə
19 Noyabr 2018

PKK silahlıları Türkiyəyə qayıtdı

Ucnoqta.az xəbər verir ki, PKK-nın da daxil olduğu “Kürdüstan Cəmiyyətləri Birliyi” adlanan (kürdcə: Koma Civaken Kürdistan - KCK) təşkilatın rəhbəri Cəmil Bayık Türkiyədən çıxardıqları silahlı dəstələrini yenidən geri göndərdiklərini açıqlayıb.


APA-nın xəbərinə görə, C. Bayık bunu Almaniyanın dövlət televiziyası ARD-yə müsahibəsində bildirib. O, “silahlı dəstələrimizi yenidən Türkiyəyə göndərdik”, deyib.

C. Bayık bəyan edib ki, Türkiyədə keçirilən kütləvi etirazlarda kürdlər ölməyə davam edərsə, PKK yenidən silahlı mübarizəyə başlayacaq: “Belə davam edərsə, xalqımızı qorumaq üçün yenidən savaşacağıq. Bizim əsas vəzifəmiz xalqımızı qorumaqdır”.

Qeyd edək ki, PKK terror təşkilatının qərargahı İraqın şimalındakı Kandil dağında yerləşir. Artıq 2 ildir ki, Türkiyə hökuməti kürd probleminin həlli üçün PKK-nın həbsdəki lideri Abdulla Öcalanla gizli danışıqlar aparır. PKK problemin həllinə töhfə vermək üçün qüvvələrinin müəyyən hissəsini Türkiyə ərazisindən çıxardığını və silahlı hücumları dayandırdığını açıqlamışdı. 

Tarix
11 Oktyabr 2014 [19:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin